25 İyul 2022 11:05
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi proqnozun qeyri-müəyyənliyi fonunda dünya bazarlarında neftin qiyməti cüzi düşüb.

Teleqraf.com birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,75 % ucuzlaşaraq 1 bareli 97,64 ABŞ dollarına satılıb. "WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,74 % aşağı düşərək 1 bareli 93,97 ABŞ dolları təşkil edib.

Treyderlər yüksək iqtisadi qeyri-müəyyənlik şəraitində neftə olan tələbin perspektivlərini qiymətləndirməkdə davam edirlər. Dünya üzrə mərkəzi banklar inflyasiyanın sürətlənməsinin qarşısını almağa çalışır, bu isə resessiyaya səbəb ola bilər.


Müəllif: Teleqraf.com