1 May 00:43
275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, Türkiyə ordusu PKK-ya qarşı əməliyyatları qətiyyətlə davam etdirir.

"İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK üzvü hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız son terrorçu məhv edilənə qədər davam edəcək", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com