1 May 00:55
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin “Vahid Milli Hərəkat” partiyasından olan deputatı Anna Tsitlidze “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz edənlər arasında polislə toqquşma zamanı xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Tsitlidzenin Gürcüstan parlamentinin binasının girişində hüquq-mühafizə orqanlarının istifadə etdiyi bibər qazını udduğu iddia olunur.

Həkimlərin ona ilkin tibbi yardım göstərildiyi bildirilir.

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı növbəti mitinq keçirilir.


Müəllif: Teleqraf.com