12 Avqust 2022 14:05
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayının 11 günü ərzində “Azəriqaz” İstehsalat Birliyinin boru xətlərinə 107 milyon kubmetr qaz qəbul olunub.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

O qeyd edib ki, ondan sənaye xətləri üzrə 62,7 milyon kubmetr, əhali xətləri üzrə 44,3 milyon kubmetr təşkil edib.

Rəşad Cavadov bildirib ki, boru xətlərinə qəbul olunan qazın həcmi keçən illə müqayisədə 0,8 milyon kubmetr (0,75 %) azdır: “Ondan sənaye xətləri üzrə azalma 3,5 milyon kubmetr, əhali xətləri üzrə artım 2,7 milyon kubmetr təşkil edib. Əhali xətləri üzrə Bakıda 1,6 milyon kubmetr, regionlarda isə 1,1 milyon kubmetr artım olub”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər