28 Dekabr 2022 11:48
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnflyasiya 2024-cü ilə qədər tamamilə nəzarət altına alınacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Mehmet Muş deyib.

Muş vurğulayıb ki, Türkiyə dünyanın yaşadığı inflyasiyanı yaşayır: “Gələn ildən etibarən inflyasiya düşməyə meylli olacaq. Göstəricilər Türkiyə iqtisadiyyatının möhkəm təməllər üzərində olduğunu və investisiyaların edilə biləcəyini göstərir. Hər kəsin və dünyanın problemləri var. Enerji ilə bağlı problemlər var, amma bunun aradan qaldırılması mümkündür. Hökumətimiz bu məqsədlə müxtəlif addımlar atır və bundan sonra da atılacaq”.

Nazir qeyd edib ki, epidemiya və Rusiya-Ukrayna müharibəsi başda olmaqla dünyada baş verən hadisələr qiymət artımına səbəb olur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər