21 Fevral 2023 12:20
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Neft Şirkətinə (TPAO) 9 vilayətdə 15 yataq üçün neft kəşfiyyatı lisenziyası verilib.

Teleqraf.com xəbər verir ki, Enerji və Təbii Sərvətlər Nazirliyi Mədən və Neft İşləri Baş İdarəsinin neft hüquqları ilə bağlı qərar rəsmi qəzetdə dərc olunub.

Buna görə TPAO-ya Diyarbəkir, Şanlıurfa, Bingöl, Elazığ, Antalya, Adıyaman, Qaziantep, Kilis və Qəhrəmanmaraş sərhədlərində yerləşən və 15 min 427 hektardan 61 min 888 hektara qədər dəyişən 15 yataq üçün 5 il müddətində neft kəşfiyyatı axtarmaq lisenziyası verilib.


Müəllif: Yeganə Oqtayqızı