11 May 2023 16:10
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ölkənin kredit qabiliyyəti üçün böyük əhəmiyyət kəsb edəcək.

Teleqraf.com xəbər verir ki, bunu beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” açıqlayıb.

Agentlik seçimdən sonra atacağı addımlara diqqət çəkib: “Seçkilərdən sonra etibarlı və sabit pul siyasətinə keçidin investorların inamını nə dərəcədə sabitləşdirə biləcəyinə, makroiqtisadi və fiskal risklərin azaldılmasına və xarici maliyyəyə çıxışın artırılmasına diqqət yetirəcəyik”.

Hesabatda dayanıqlı pul siyasətinin olmaması və uzun müddət davam edən siyasi qeyri-sabitliyin makroiqtisadi və tədiyyə balansına təzyiqi artıra biləcəyi vurğulanıb.


Müəllif: Yeganə Oqtayqızı