24 İyun 2023 14:28
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qabaqcıl dəri istehsal mərkəzlərindən biri olan Uşak Qarışıq Mütəşəkkil Sənaye Bölgəsində 93 şirkət dəri istehsal edir.

Teleqraf.com xəbər verir ki, qoyun-keçi dərisində ölkənin ən böyük istehsal mərkəzi olan şəhərdə, Qurban bayramında hər il fəallıq artır.

İldə 20 milyona yaxın qoyun-keçi dərisi emal edən müəssisələr Qurban bayramında alınan təqribən 3 milyon dərinin iqtisadiyyata gəlir gətirməsi üçün tam gücü ilə işləyir.

Müəssisələrə gələn dərilərin təxminən 30 faizi səhv kəsim, soyma, duzlama səbəbindən yararsız çıxır.

Dəri ustaları bunun iqtisadiyyatda ən azı 22 milyon lirə ( təxminən 1 milyon 483 min manat) zərərə səbəb olduğunu bildirirlər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər