Yaponiyanın “Toyota Motor” şirkətinin avtomobil satışları iyul ayında keçən ilin eyni ayına görə 7,8 faiz artaraq 859 min 506 ədədə çatıb.
Teleqraf.com xəbər verir ki, şirkət iyul ayında qlobal istehsalını yüksək səviyyədə saxlayıb və illik müqayisədə 14,6 faiz artaraq 809 min 400 avtomobilə çatdırıb.
“Toyota”nın yanvar-iyul dövründə qlobal satışları əvvəlki ilin eyni dövrünə görə 5,5 faiz artaraq 5 milyon 797 min 140-a çatıb.
Markanın Yaponiyadakı satışları 35 faiz artaraq 1 milyon 1025 ədəd, Çində isə 15 faiz azalaraq 152 min 717 ədəd olub. ABŞ-da satışlar 8,1 faiz, Avropada isə 17,8 faiz artıb.