31 Avqust 2023 20:13
12 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan neftini Xəzər və Qara dənizlər vasitəsilə nəql etmək üçün yeni tankerlər alır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Blumberq” agentliyi məlumat yayıb.

Agentliyin iddiasına görə, Mərkəzi Asiyada ən böyük neft istehsalçısı olan ölkə Rusiyadan keçən əsas ixrac boru kəmərinə alternativ axtarır.

“KazMunayQaz” neft şirkəti artıq “qara qızıl”ın Xəzər dənizi ilə (Azərbaycan üzərindən) nəqli üçün iki tanker alıb. Qara dənizdə istismar üçün daha iki gəminin alınması planlaşdırılır.

“Blumberq”ə görə, Qazaxıstan hakimiyyəti tranzit marşrutlar üçün alternativləri araşdırır. Buna baxmayaraq, Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri ölkədən neft ixracı üçün ən sərfəli marşrut olaraq qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər