Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması bir sıra iri enerji şirkətlərində işçilərin öz işini itirməsinə səbəb olub. Hətta dünyanın ən nəhəng neft şirkətləri belə işçilərin bir hissəsini ixtisar etmək barədə götür-qoy edirlər.
Dünyada ən iri neft-servis kompaniyası olan Schlumberger Ltd də neft bazarında qiymətlərin ucuzlaşması səbəbindən 9 min əməkdaşını (7 faiz) ixtisar etməyi planlaşdırır.
Teleqraf.com TASS informasiya agentliyinə istinadən xəbər verir ki, ixtisarlar nəticəsində Amerika şirkətinin ildə 296 milyon dollar vəsaitə qənaət edəcəyi gözlənilir. 2014-cü ilin dördüncü rübü ərzində kompaniya 302 milyon dollar qazanıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 82 faiz azdır.
Qeyd edək ki, Schlumberger Ltd neft-qaz sahəsində aparıcı texnologiya təchizatçısıdır.