25 Yanvar 2015 06:37
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa rəhbərləri tərəfindən həyata keçirilən son maliyyə tədbirləri İtaliya üçün də müsbət nəticələr verəcək.Bu sözləri İtaliyanın Baş naziri Matteo Renzi Almaniya kansleri Angela Merkellə görüşündən sonra deyib.

O bildirib ki, bu istiqamətdə İtaliyada sürətli islahatlar yoluna qədəm qoyulmalıdır: “Həm Avropa İttifaqı tərəfindən büdcə qaydaları ilə bağlı daha yumşaq siyasətin yeridilməsi, həm də Avropa Mərkəzi Bankının (AMB) tədbirləri pozitiv göstəricilərdir və iqtisadi tərəqqiyə yardım edəcək”.

Baş nazir diqqətə çatdırıb ki, ötən 11 ay ərzində İtaliyada önəmli islahatlar həyata keçirilib. “AMB-nın “Kəmiyyət yumşaldılması” planı önəmli addımdır, lakin Avrozonanı durğunluq və deflasiyadan qurtarmaq üçün kifayət etmir.

Bu planın daha effektiv olması üçün AMB tədbirləri hər bir ölkənin daxili islahatları ilə kombinə edilmiş şəkildə həyata keçirməlidir” – deyə Matteo Renzi əlavə edib.


Müəllif:

Oxşar xəbərlər