20 Mart 23:42
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 134 min 870 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a bildirilib ki, bu həcmdə buğdanın dəyəri 30 milyon 888 min ABŞ dollar dəyərində olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 133 min 244 ton (2 dəfə), dəyər baxımından isə 51 milyon 099 min ABŞ dollar (2,6 dəfə) azdır.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3 %-ni təşkil edib.


Müəllif: Teleqraf.com