Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,23 ABŞ dolları, yaxud 1,6 % artaraq 78,2 ABŞ dolları təşkil edib.
Teleqraf.com xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 74,88 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.