19 Sentyabr 18:41
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtında yerləşən Zvartnots hava limanında İrəvan - Moskva reysi ilə uçan sərnişin aviaşirkətin iki əməkdaşı ilə dava edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib .

Belə ki, sentyabrın 18-də sərnişin təyyarəyə minərkən adı açıqlanmayan aviaşirkətin əməkdaşları ilə mübahisə edib və münaqişə tezliklə əlbəyaxa davaya çevrilib.

“Onlar bir-birini vurub söyüş söyüblər ki, bu da hava limanının steril ərazisində normal əməliyyatları pozub”, - məlumatda deyilir.

İdarədən verilən məlumata görə, dava iştirakçıları saxlanılaraq istintaq şöbəsinə göndərilib.


Müəllif: Arzu

Oxşar xəbərlər