İran rialın denominasiyasına hazırlaşır. Bununla bağlı ölkənin prezidenti Məsud Pezeşkian parlamentə qanun layihəsi təqdim edib. Sənədə əsasən, rialdan dörd sıfır silinəcək ölkənin valyutası “tümən” olacaq. Bu, xroniki inflyasiya və valyutanın alıcılıq qabiliyyətinin aşağı olması nəticəsində yaranan problemlərlə effektiv mübarizə aparmağa kömək edəcək.
Teleqraf.com xəbər verir ki, denominasiyadan sonra 1 tümən hazırkı 10 000 rial ekvivalentində olacaq.
Rəsmi açıqlamaya görə, İran hökumətinin qərarı rialın məzənnəsinin həddən artıq aşağı olması ilə bağlıdır. İran rialı bəlkə də dünyanın ən ucuz valyutalarından biridir. Ölkədə bir dollar yarım milyon riala bərabərdir.
Tümən 1979-cu il inqilabından əvvəl İranda dövriyyədə olan pul vahididır.
İran vətəndaşları növbəti iki il ərzində həm köhnə rial, həm də yeni tümənlərlə ödəniş apara biləcəklər.
İran valyutasının dəyişməsi Azərbaycan manatı ilə hesablaşmalarda da özünü göstərəcək. Belə ki, hazırda 1 manat 452 min reala bərabərdir. Denominasiyadan, yəni valyutanın üzərindəki artıq sıfırların silinməsindən sonra isə 1 manat 45 riala bərabər olacaq.