20 Dekabr 16:15
349
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə valyutası dollara qarşı yenidən dəyər itirərək tarixi minimuma düşüb.

Teleqraf.com xəbər verir ki, lirə 0.7 faiz ucuzlaşaraq 35.4 səviyyələrinə qədər düşüb.

Lakin sonradan itkisinin bir hissəsini bərpa edərək 35.2 səviyyələrinə qalxıb. Beləliklə, lirə son bir ildə 20 faiz dəyər itirib.

Türkiyədə son illərdə yüksək inflyasiya səbəbindən faiz dərəcələri 40 faizə qədər artırılsa da, lirə ucuzlaşmaqda davam edir.

Türkiyə Mərkəzi Bankı 2023-cü ilin iyunundan 2024-cü ilin martına qədər faiz siyasətini 14 faizdən 50 faizə qaldırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər