20 Dekabr 10:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 100 faiz təşkil edib. Real ifadədə isə 3,9 faiz, o cümlədən idxal 0,4 faiz, ixrac 5,9 faiz azalıb.

Teleqraf.com Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin 88,3 faizi 22 ölkə ilə aparılan ticarət əməliyyatlarının payına düşüb. İlk onluğa Bura İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Avstraliya, Çexiya, Hindistan, Xorvatiya daxildir.

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18 faizi Çinin, 17,9 faizi Rusiyanın, 11,5 faizi Türkiyənin, 6,2 faizi Avstraliyanın, 5,5 faizi ABŞ-ın, 4,1 faizi Almaniyanın, 3,1 faizi İranın, 2,7 faizi İtaliyanın payına düşüb.

2024-cü ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2 milyard 807 milyon dollar olub. 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 3,5 faiz artıb, real ifadədə isə 9,1 faiz azalıb. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatlar üstünlük təşkil edib.

Hesabat dövründə mühüm məhsul növlərindən bitki yağlarının idxalı 15,1 faiz, kərə yağı, digər süd yağları və pastaları 85,3 faiz, təzə meyvə 25,8 faiz, unlu qənnadı məmulatları 12,3 faiz, şokolad və şokolad məhsulları 14,5 faiz, çay 9,2 faiz artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər