Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar qalxaraq 30,22 dollar olub.
Teleqraf.com-un məlumatına görə, “Brent” markalı neft də bahalaşıb. Bu neftin 1 barelinin dəyəri 0,50 dollar artaraq 33,51 dollar olub.
Qızıl isə ucuzlaşıb. Qiymətli metalın unsiyasının dəyəri 10,56 dollar düşərək 1216,24 dollar olub.