Ağdam Dövlət Dram Teatrının baş rejissoru Sərvər Əliyevlə bağlı qamaqallı xəbər yayılıb. Deyilənə görə, Sərvər Əliyevin həyat yoldaşı onu qısqandığı üçün teatra gedərək aktrisalarla mübahisə edib.
Teleqraf.com-a açıqlama verən Sərvər Əliyev yayılan məlumatların ona qarşı başladılan kampaniya olduğunu deyib: “Niyə teatrdan, əməliyyat keçirməyimdən yazmırlar? Bu xəbər mənə qarşı sifariş əsasında hazırlanıb. Bu br kampaniyadır. Hələlik susacam, görüm axırı necə olacaq. Yəni mən susmağı tərcih edirəm.
Gülcöhrə Abdullayeva məni nədə ittiham edir? O və jurnalist mənimlə məhkəmədə görüşəcək”.
Qeyd edək ki, əməkdar artist Gülcöhrə Abdullayeva sosial şəbəkədə yayılmış xəbərə belə bir şərh yazıb: “Vayyy, Gültəkin yenə hirslənib. Bu Sərvər də az aşın duzu deyil... Hər şey bir yana, mənim bayatılar kitabımı gətirib versin də. İki günlük istəmişdi, 20 il keçib. Qorxuram arvadlar dalaşanda kitabımı cırarlar. Ay kişi, qaytar da. Başın arvadbazlıqdan açılsın, kitabımı ver".
Bu xəbəri ilk olaraq Ölkə.az saytı ictimailəşdirib.
Aylin