Bu gün teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı müğənni Doğuşun ad günüdür.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı Doğuşu sosial şəbəkədə təbrik edib: “Sən dünyanın ən xoşniyyətli, mərhəmətli insanısan. Bəzən ətrafdakılar sənin göstərdiyin hörmətini, mərhəmətini, xoş niyyətini başa düşmürlər. Daha doğrusu, sənin bu halından istifadə edirlər. Ancaq sən baş verənləri bildiyin halda bu xüsusiyyətindən əl çəkməzsən. Məhz bu halın üçün səni daha çox sevirəm. Çünki mən sənin kimi qarşımdakının pis niyyətli olduğunu görüb, onu bağışlamağı bacarmıram. Sənin kimi "Pis insanlara yaxşı olmağı davranışımızla öyrətməliyik" deyə bilmərəm. Amma səni alqışlayıram. Sən yaxşı bir dost, oğul, sirdaş, həyat yoldaşı və ən nəhayət atasan. Nə yaxşı ki, dünyaya gəlmisən, səni tanımışam, ömür-gün yoldaşımsan. Ad günün mübarək! Bilirəm, vətənində və qardaş Türkiyəmizdə baş verən o dəhşətli hadisəyə görə, bu günü xatırlatmamı istəməzdin. Amma özümlə bacarmadım, yazdım. Evimizdən, başımızın üstündən əskik olma!”.
Rəqsanə