Türkiyənin dünya şöhrətli meqastarı Tarkan İstanbulun Harbiyə Cəmil Topuzlu Açıqhava Teatrında möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Sentyabrın 3-dən başlayaraq 6 konsert proqramı ilə çıxış edəcək meqostarın sonuncu konserti sentyabrın 10-da olacaq.
Bu dəfə Tarkan yeni "Əhdə vəfa" adlı albomundan və repertuarında sevilən digər pop mahnıları səsləndirəcək.
Qeyd edək ki, meqastarın ötənilki 10 günlük konsertində 60 min tamaşaçı iştirak edib.