27 Avqust 2016 08:33
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əli Mirəliyevin oğlu DYP əməkdaşının üstünə bıçaq çəkib.

Bu barədə azxeber.com-a hüquq mühafizə orqanlarından məlumat daxil olub.

Belə ki, Bakıda, Səbail rayonu ərazisində DYP əməkdaşı qaydanı pozan sürücünü saxlayıb. Qaydanı pozmadığını iddia edən sürücü yol polisi ilə mübahisə etməyə başlayıb və tərəflər əlbəyaxa davaya keçiblər. Buna səbəblərdən biri də yol polisinin sürücü ilə kobud rəftarı və özündənrazılığı olub. Belə münasibət qarşısında sürücü bıçaq çıxarıb və nəticədə bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə gələn Post Patrul Xidmətinin (PPX) əməkdaşları sürücünü həbs edərək polis bölməsinə aparıblar.

Məlumata görə, polisə bıçaq çəkən sürücü Əli Mirəliyevin oğlu olub. O, polislərə kriminal aləmdə tanınmıış qanuni oğrularla dostluq münasibəti olduğunu və buna görə onların cəzalandırılacağını deyib.

Məsələ ilə bağlı Əli Mirəliyevin özü ilə də əlaqə saxladıq. Müğənni faktı təsdiqləyib və hazırda oğlunun azadlıqda olduğunu bildirib:

"Bəli, belə bir hadisə olub və polislə oğlum arasında kiçik mübahisə düşüb. Oğlum artıq azadlıqdadır".


Müəllif:

Oxşar xəbərlər