“Baş rolda oynamaq istədiyim yeni bir əsəri oxumaq üçün rəhbərliyə təqdim etmişəm. Nəticəsi sentyabrın 8-10-dan sonra bilinək. Hələlik isə hər şey sirr olaraq qalır”.
Bu sözləri Teleqraf.com -a açıqlamasında əməkdar artist Çingiz Əhmədov deyib.
Musiqili Teatrda yeni iş mövsümünə başlayan aktyorun tamaşaçılarına müjdəsi var: “Sentyabrın 24-də “Baladadaşın toy hamamı” tamaşasındakı rolumla yeni teatr mövsümünə start verirəm. Arzu edirəm ki, gözəl, məhsuldar bir mövsüm olsun. Qismət olsa yeni əsərdə də baş rol oynayacam. Hələlik isə müzakirələr gedir”.
Seriallara çəkilmədiyini deyən aktyor televiziya aparıcılığına davam edəcəyini də açıqlayıb.
Nərmin