Peurto-rikolu müğənni Riki Martin “Antalya EXPO 2016”da konsert verib.
Teleqraf.com bildirir ki, müğənni mahnıları və rəqsləri ilə gecəyə damğa vurub.
O, hər mahnı üçün ayrı kostyum geyinib. R.Martin türk müğənni Ayşə Hatun Önalla “Adios” adlı mahnını da ifa edib.
İfaçı Türkiyə haqqında danışaraq bu ölkənin karyerasında önəmli yerə sahib olduğunu deyib:
“Bir neçə ay öncə buraya gələndə bəzi insanlar “Türkiyə çox təhlükəlidir” deyirdilər. Amma buraya yenə gəldim. Çünki Türkiyəni çox sevirəm”.
2 saat davam edən konserti 10 minə yaxın tamaşaçı izləyib./Axşam.az /