Mətbuatda müğənni Mətanət İsgəndərlinin keçmiş Milli Təhlükəsizlik Nazirinin birinci müavini, MTN generalı Hilal Əsədovun agenti olması ilə xəbər yayılıb.
Bu barədə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Hüriyyət” qəzetinə göndərdiyi məktubunda qeyd edib. O, Hilal Əsədov və müğənni Mətanət İsgəndərlinin də Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edib.
Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova Teleqraf.com-a açıqlamasında səsləndirilən iddiaları təkzib edib: “Mətanət xanım şəxsi həyatı ilə bağlı danışmağa qadağa qoyub. Əks təqdirdə vəkili işə qarışacaq. Artıq neçə illərdir ki, bu mövzu səslənir, iddialar ortaya qoyulur, amma sübut yoxdur. Mətanət xanım bu mövzuda heç zaman heç nə danışmayacaq. Bu məsələ çox hallanarsa, vəkili danışacaq. Özü ancaq yaradıcılığı ilə məşğul olur. Çünki bunlar kökündən yanlış informasiyalardır”.
Rəqsanə