Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə şahid Xatirə Ramazanova ifadə verib. O, Mehriban Hüseynovanın İlhamə Quliyeva tərəfindən bıçaqlandığını, Orxan Nadirovun və dostu Vüqar Bəkirovun onların maşınının qarşısını kəsdiyini, əlində dubinka ilə maşının qapısını döydüyünü deyib.
Orxan Quliyev haqqında səsləndirilən ittihamlarla razılaşmayıb. O, Teleqraf.com-a açıqlamasında şahid qismində çıxış edən Xatirə Ramazanovanı tanımadığını deyib: “Xatirə Ramazanovanı tanımıram. Anam 8 aydır dünyasını dəyişib. Dörd aydan sonra bir ili tamam olacaq. Mehriban Hüseynova isə bir ildir həbsdədir. Bu il ərzində nəyə görə danışmayıblar, şikayətçi olmayıblar? Bunlar şərdir. Belə hadisə baş verməyib”.
Rəqsanə