26 Oktyabr 2016 11:46
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Ülviyyə Əliyevanın və Ramiz Alışovun aparıcılığı ilə "Space" televiziyasında yayımlanan “Bu, maraqlıdır” verilişi bağlanıb.

Ülviyyə Əliyeva Teleqraf.com-a açıqlamasında kanalda fəaliyyətini davam etdirdiyini deyib: “Hazırda "Space" kanalında “Zəhmətkeş ulduzlar” verilişinin aparıcısıyam”.

Aktrisa əməkdaşımızın “Verilişiniz bağlandıqdan sonra rəhbərliklə hər hansı probleminiz oldumu?” sualını belə cavablandırıb: “Niyə gərginlik olsun? Vaqif Mustafayev peşəkar rejissordur. Qətiyyən elə bir şey ola bilməz. Rəhbərlik belə qərar veribsə, deməli, düzgün hesab edib. Bayağılığa gəlincə onu deyim ki, nə yazılıb, odur”.

Rəqsanə


Müəllif: