16 Noyabr 2016 11:55
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyi münasibətilə xatirə sərgisinin açılışı olub.

Teleqraf.com xəbər verir ki, sərgidə rəssamın realizm üslubunda işlədiyi ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Rəssamın “Dağ mənzərəsi”, “Göygöl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları”, “Xınalıq kəndi”, “Dağlar”, “Tarla sahibələri”, “Çayçı qızlar”, “Günəşin şirəsi” kimi 80-dən çox əsəri sənətsevərlərin ixtiyarına verilib.

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakıda anadan olub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub, 1940-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. Təhsildən sonra doğma vətənə qayıdaraq ömrünün sonunadək yaradıcılıqla məşğul olub. O, milli təsviri sənətimizin inkişafındakı böyük xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Rəssam 2008-ci ildə vəfat edib.

Sərgi noyabrın 19-da başa çatacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər