21 Noyabr 2016 11:05
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elşən Cəbrayılovun ailə həyatının 5 ili tamam olub.

Teleqraf.com xəbər verir ki, aktyor bu münasibətlə sosial şəbəkədə həyat yoldaşını təbrik edib. Kaprizli adam olduğunu bildirən əməkdar artist 5 il öncə toy günü çəkilən fotolarını da paylaşıb:

“21 noyabr həyatımın ən gözəl, xoşbəxt günü. Bu gün ailə həyatımın 5 ili tamam olur. Sən mənə iki gözəl övlad bəxş etdin. Bu illər ərzində küsüb-barışan günlərimiz də oldu. Amma dönüb geriyə baxanda görürsən ki, bunlarsız olmur. Məni qısqanma. Çünki həyatımda tək sən varsan. Bu mənə yetər. Mənim kimi insanın kaprizlərinə hər adam dözə bilməzdi. Sən dözdün. Sənə bir medal. 5 ilimiz mübarək”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər