Türkiyəli müğənni Murad Boz rol aldığı "Dönerse senindir" filminin qala gecəsində iştirak etmək üçün Antalyaya yollanıb.
İfaçı film nümayişindən əvvəl sevənləri ilə görüşüb.
Tədbirdə Murad hər kəsi təəccübləndirib. Belə ki, o, terror aktı zamanı yaralanan 26 yaşlı polis Zafer Şentürkün 21 yaşlı sevgilisi Tuğçe Dığraka evlənmək təklifi etməsinə vasitəçi olub. Polis işçisi sevgilisinə zəng edərək "Sevgilim, bax gör mən kiminləyəm. Onun sənə deyəcək sözü var" söyləyib.
Telefonu götürən Murad Boz "Zaferin sənə demək istədiyi bir şey var, mən vasitəçiyəm. Səni çox sevir və evlənmək istəyir. Bir ömür boyu onunla birlikdə olarsan" deyə, qıza evlənmək təklifi edib. Qız ifaçının bu təklifinə "hə" cavabını verib.
\Axşam.az\