Müğənni Ruhi Əliyevanın "Üç badam, bir qoz" filminin qala gecəsinə mühafizəçilərlə qatılması diqqət çəkib.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan müğənni deyib: “O xanımlar ehtiyat etsinlər ki, var-dövlətləri başlarından aşır. Mən orta səviyyədə yaşayan bir xanımam. Qorxacaq heç bir şeyim yoxdur. Elə bir ölkədə yaşayırıq ki, mühafizəçiyə ehtiyac yoxdur. Onlar mühafizəçim yox, dostlarımdır”.