"Survivor 2017" yarışmasından ilk həftə uzaqlaşan aktrisa Seda Demir onunla eyni komandada olan futbolçu İlhan Mansız haqqında maraqlı etiraf edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, İlhanla mübahisə etdiyi üçün çox kədərləndidyini deyib:
"İlhanla mübahisə etdik. Bu, məni məhv etdi. Daha sonra məndən üzr istədi, amma üzrünü heç kim eşitmədi. Orada səhv olan özü idi. Onun nüfuzu var, hamımızın sevdiyi bir futbolçu idi. Mən 18 yaşımda ona aşiq idim. Bunu ona demədim. Çünki ürəyimi qırdı".
Qeyd edək ki, S,Demir "Yaprak dökümü" serialındakı obrazı ilə məşhurlaşıb.