9 Fevral 2017 15:13
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Faytonçu Nazim Pişivari muğam ifaçıları arasında baş verən qalmaqala münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, sənətçi xalq artisti Canəli Əkbərovu müdafiə edib.

Nazim Muğam televiziya musabiqəsinin layihə rəhbəri Nadir Axundovu tənqid edərək, onu qeyri-peşəkar adlandırıb:

“Yaşlı sənətkarlarımıza bu cür münasibəti yaraşdırmıram. Canəli Əkbərov Azərbaycan musiqisinə lazımi qədər töhfələr verib. Onun musiqimizə xidmət etməyi bu gün də davam edir. Şəxsi münasibəti bu cür çözmək olmaz. Cavan nəsil sizdən nə ibrət götürsün? Nadir Axundov çox simasız, yaltaq və qeyri-peşəkar musiqiçidir. Onun orta musiqi səviyyəsində ifası çoxlarına bəllidir. Canəli Əkbərov düzgün vurğulayıb, Nadir Axundovun muğama aidiyyatı yoxdur.

Hər kəsin fikrinə hörmətlə yanaşıram, amma adı gedən sənətkarlar musiqimizə layiqincə xidmət edirlər. Demək olmaz ki, Canəli Əkbərov hara, Əlibaba Məmmədov hara. Əlibaba müəllimin elə ifaları olub ki, Azərbaycan musiqi xəzinəsinin artıq qızıl fondundadır. Ancaq Canəli Əkbərov da az töhfələr verməyib”.

Qeyd edək ki, Canəli Əkbərov Muğam televiziya müsabiqəsinin münsif heyətinə qatılmaq istəsə də, digər münsiflər buna etiraz bildirib. Həmkarlarının onu münsif kürsüsündə görmək istəməməsi xanəndəni özündən çıxarıb. C.Əkbərov onların ünvanına sərt fikirlər deyib.


Müəllif:

Oxşar xəbərlər