"Eldənizin oğlu Məhəmmədin vəziyyətinin belə ağır olduğunu bilmirdim".
Teleqraf.com xəbər verir ki, bu sözləri Eldəniz Zeynalovun 80 illik yubileyində Məhəmmədin durumunun yaxşı olmadığı və təcili köməyə ehtiyac olduğu ilə bağlı çıxış edən Yaşar bəydən sonra səhnəyə çıxan Hacı İsmayılov deyib: "Məhəmməd tez-tez kanalların birində nümayiş olunan loto verilişlərində iştirak edirdi. Bir müddət onu efirlərdə görmədim, düşündüm ki, yəqin teatrla bağlı başı qarışıqdır.
Sonra qardaşı Elbrusdan öyrəndim ki, böyrəklərində problem var. Sadəcə, problemin nə dərəcədə ağır olduğunu deyən olmadı. Elə başa düşdük dərmanla sağalar. Bu gün Məhəmmədin vəziyyətinin ağır olduğunu biləndə Teatr Xadimləri İttifaqının rəhbəri Azər Paşa Nemət başda olmaqla teatr ictimaiyyəti bir yerə toplanıb bununla bağlı nə edə biləcəyimizi müzakirə edəcəyik".
Nərmin