11 İyul 2014 13:21

Gənc bəstəkar-müğənni Elçin Cəfərovun illər öncə çəkilmiş kadrları müğənninin özünü də duyqulandırdı.

“Hər şey daxil” verlişinin qonaqlarından biri istedadlı müğənni Elçin Cəfərov olub. Verlişin yaradıcı heyyəti bu gün isə Elçinə “sürpriz” edib.

Belə ki, Elçin Cəfərovun illər öncə çəkilmiş görüntüləri canlı efir vasitəsi yenidən xatırladılıb. Süjetin ən maraqlı məqamı isə həmin vaxt Bakıda səfərdə olan Türk müğənnisi Əmrahın Elçin Cəfərovun səhnə aldığı restoranların birində onun ifasını dinləməsi məqamı olub. O vaxt Elçin İlkin kimi fəaliyyət göstərən müğənni Əmrahın repertuarından mahnı ifa edib. Elçinin ifasından təsirlənib göz yaşını saxlaya bilməyən Əmrah, videokameraların obyektivində maraqlı görüntüləri ilə yadda qalıb.

İllər öncəki bu kadrlar canlı efir vasitəsi ilə efirə gedəndən sonra Elçin həmin hissləri bu sözlərlə ifadə edib:

"Həyatımın unudulmayan günlərindən biridir. Maraqlı gün idi əslində".

/gecce.az/


Müəllif:
Загрузка...