Aktrisa Hande Erçel ötən gecə Arnavutköy istiqamətində əyləncə mərkəzlərindən birində görüntülənib.
Sevgilisi Ekin Mert Daymazdan yenicə ayrılan aktrisanın yanında bir gənc oğlan da olub.
Çıxışda jurnalistləri görən cütlük təəccüblərini gizlədə bilməyib. Hande yanındakı oğlanın adının Emre Yıldırım olduğunu bildirib. Erçel Emrenin sadəcə onun dostu olduğunu və məkana da digər dostları ilə görüşməyə gəldiyini vurğulayıb.
Qeyd edək ki, gənc aktrisa il yarım sevgili olduğu Ekin Mert Daymazdan bu ayın əvvəlində ayrılıb. Tez-tez küsüb-barışan cütlük münasibətlərinə birdəfəlik son qoyduqdan sonra Hande istirahət üçün Hollandiyaya getmişdi.
/Axsam.az/