Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Damla İnstaqramda yazıb.
Müğənni ünvanına səslənən ittihamlara belə cavab verib:
“Nədir içinizdəki bu qara düşüncələr? Niyə məni mühakimə etməkdə çox rahatsınız? “Bəxtəvərsən, deyib, ağzınıza gələni yazırsınız... İllərdir atam ürək çatışmazlığından əziyyət çəkir. Hər gün onu itirmək qorxusuyla yaşayıram.
Artıq 10 ildir atasız uşaq böyüdürəm. Təkbaşına, arxasız, köməksiz, qadınlığımla hər işin dalınca özüm qaçıram. Anam illərdir gözü yaşlıdır. Budurmu bəxtəvərlik? “Bəxtəvər, ev almısan” yazırsınız. Sizin cibinizdənmi oğurladım? Sizin ərinizin çörəyinimi yeyirəm?
“Hər gün hədiyyələr gəlir, kefdəsən” yazanlar heç düşünürmü mənim də o paltara gözümün yaşı düşür? Yazdığınız böhtanlara görə vicdanınız necə rahatdı? Gecə necə rahat yata bilirsiniz?
Mənə bu zirvəni yaşadan Allahdır. Allahla Allahlıqmı edirsiniz? Elə bilirsiniz, yediyim hər şey canıma isinir? Bunun adı bəxtəvərlikmi? Heçmi qəlbinizdə Allah qorxusu yoxdur? Bilib-bilmədən danışmaq bu qədərmi asandır? Saatlarla hündür ayaqqabıda, ayaq üstə 6 saat məclis oxuyub bəzi özlərini idarə etməyi bacarmayan insanların kaprizlərinə dözüb tək qadın başıma pul qazanmaq, gecə saatlarında bloka qorxa-qorxa girmək bəxtəvərlikdirmi?
Mənim yuvamı uçurublar, balam atasızdır. O çarəsizliyi heç bir qadına yaraşdırmaram. Allah xatirinə susun! Vicdanınız varsa, susun! Bu gündən mən də şərhləri bağlayıram”.