26 Avqust 2017 16:35
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Kamran Həsənli və müğənni Samir Piriyev qalmaqalında adı çəkilən Ərhan adlı Türkiyə vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Samir Piriyevin hüquqi nümayəndəsi Ruslan Əhmədoğlu mətbuata məlumat verib.

Onun sözlərinə görə, Kamran Həsənli iddia edirdi ki, Samir Piriyev pulu guya ona yox, Ərhan adlı Türkiyə vətəndaşına verib: “Zərurət yarandığı üçün istintaq bununla bağlı Türkiyə prokurorluğuna Ərhan adlı şəxsin izahatının alınması üçün beynəlxalq tapşırıq göndərib.

Əslində, Kamran Həsənlinin dələduzluğu çoxdan sübut olunmuşdu. Lakin havadarları onun həbs edilməsinə icazə vermirdi.

Ərhan adlı şəxs Turkiyədə polis tərəfindən həbs edilərək prokurorluğa gətirilib və izahatı Azərbaycan hüquq mühafizə orqanlarının verdiyi beynəlxalq tapşırığa uyğun olaraq Bakıya göndərilib. İzahatda Ərhan hər şeyi etiraf edərək bildirib ki, Kamran Həsənlinin danışdığı ağ yalandır, Samir Piriyevi cəmi bir dəfə görüb və həmin söhbətdə də mübahisələri düşüb.

Mübahisə zamanı Ərhan Samirə bildirib ki, pulu Kamrana vermisən və ondan da istəyə bilərsən. Bu ifadəylə artıq aylardır bizim üzərində dayandığımız bütün hallar sübut olunur. Demək, Nərimanov Rayon Prokurorluğu doğrudan da düz qərar qəbul edib və faktla bağlı cinayət işi başladıb.

Sonradan Ərhan Kamran Həsənliyə zəng edərək, onu bu ifadə barədə xəbərdar edib! Ən maraqlısı ilyarımdır Türkiyə polisinin tapa bilmədiyi Ərhan adlı şəxs Kamran Həsənli və istintaqın köməkliyi ilə Bakıya gətirilir. İndi hər kəsə aydın olur ki, Kamran Həsənli bunu əvvəlcədən əlbir olduğu adamlarla necə həyata keçirib.

Mən Samirin hüquqşünası kimi istintaqa nə lazımdırsa, kömək etdim. Haqlı olduğumuzu sübut etdik. Gerisi qaldı hüquq-mühafizə orqanlarının verəcəyi ədalətli qərara".

Qeyd edək ki, Kamran Həsənlinin Samir Piriyevə 85 min manat borcunun olduğu bildirilir və bu qalmaqal xeyli müddətdir davam edir.


Müəllif: Könül

Oxşar xəbərlər