İranlı Sahar Tabar Anсelina Сoliyə bənzəmək üçün xeyli sərvət xərcləyib. Lakin onun bu istəyi nəinki baş tutmayıb, qadın tanınmaz hala düşüb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, dalbadal estetik əməliyyat keçirən iranlı Səhər Təbərin halı onu görəbləri şoka salır. 29 yaşlı qız fanatı olduğu Coliyə bənzəmək üçün 50-dən artıq estetik əməliyyat keçirib. Lakin o, bu əməliyyatlardan sonra Coliyə deyil, məşhur animasiya filminin qəhrəmanı olan Ölü gəlinə bənzəyir.
Colinin heyranı əməliyyat olunmaqdan başqa, dieta da saxalyıb və onun çəkisi 40 kq azalıb.