Azərbaycanlı çoban Pərvin Səfərov “O səs Türkiyə” mahnı müsabiqəsində iştirakını dayandırıb.
Bu barədə Teleqraf.com-a o özü məlumat verib.
Pərvin Səfərovun sözlərinə görə, ötən gecə 3-cü tura yekun vurulub: “Mən yarışı tək etdim. Qruplar arasında çarpaz duellerə keçə bilmədim və yarışda iştirakımı dayandırdım”.
Yarışın münsifləri Pərvin Səfərova məsələhət də veriblər: “Onlar mənə dedilər ki, ifaçılığı buraxma və yeni mövsümdə yenə səni gözləyirik.
Acun Ilıcalı Dominikanda “Survivor” verlişinin çəklişinə getdiyi üçün yarışmada yox idi. Ona minnətdarlığımı bildirmək istəyirdim. Bəlkə verlişdə olsaydı, mənim növbəti tura keçməyimə təsiri olardı. Növbəti tura adlamadığım üçün Bakıya qayıtdım”.
Qeyd edək ki, Azərbaycanın Neftaçala rayonundan olan Pərvin Səfərov sosial şəbəkələrdə yayılmış bir ifasından sonra məşhurlaşmış və “O səs Türkiyə” mahnı müsabiqəsinə dəvət almışdı.