27 Fevral 2018 11:30
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

TV8 kanalında yayımlanan “O Səs Türkiyə”də münsiflərindən biri Gökhan Özoğuz yarışmadan getməyə qərar verib.

Bu barədə müğənni özü məlumat verib. “Athena” qrupunun solisti Gökhan bildirib ki, bütün vaxtını şəxsi yaradıcılığına həsr etmək istəyir. Odur ki, “O Səs Türkiyə”nin ən gülməli və daha çox sevilən münsifi kimi tanınan ifaçı proqramın builki buraxılışında iştirak etməyəcək:

"Proqram məni musiqidən uzaqlaşdırdı. O səbəbdən televiziyada yer almayacam, yaradıcılığımla məşğul olacağam”./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər