Türkiyəli aktrisa və aparıcı Handə Ataizi 6 il əvvəl evləndiyi həyat yoldaşı Bencamin Harvey ilə boşanmaq üçün ərizə verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tərəflər məhkəmə prosesinə qatılmadığına görə hakim iclası təxirə salıb.
Ataizi ərizəsində evliliyin ilk illərindəki sevgi və hörmətin zamanla bitdiyini bildirib:
“Müxtəlif dünyagörüşlü insanlar olduğumuz üçün heç cür yola gedə bilmədik və ailə münasibətlərimiz dözülməz hala gəldi”.