Azəri qızı Günel "mənəvi atam" dediyi İbrahim Tatlısəsə İzmirdəki evində baş çəkib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Günel İbrahimlə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.
O, şəkilin altından bu sözləri yazıb: “Balkonda telefonu aldım əlimə. Dedi ki, "selfi sevmirəm, adam pis düşür". Mən də dedim ki, mən çəkirəmsə, bəyənəcəksiz, kameraya baxın, xahiş edirəm. Nəticə isə budur: yaraşıqlı mənəvi atam İbrahim Tatlısəs...Kəllə-paça qonaqlığımızı da İzmir xatirəmizə əlavə etdik. Yaxşı ki varsan, İmperator!”.
Günel qeyd edib ki, İbrahim "bombalarla" gəlir: “Dincəlmək "bəsdir". Qulaqlarınızın "pası" təmizlənəcək".