Müğənni Samirə Yusifqızı uzun müddətdi görmədiyi qardaşının tapılması üçün ARB efirindən yardım istəyib.
Teleqraf.com-un məlumatına görə, o bildirib ki, qardaşı ilə artıq 24 ildir görüşmür.
“1994-cü ildən bu yana görüşmürük. Məndən kiçikdir. Ana ayrı qardaşımdır. O zamanlar balaca idi. İndi xaricdə olmalıdır. Ana tərəfindən yahudi idilər. Ad olaraq Səlimov Fərhad Yusif oğlu gedir. Hələ ki, efir vasitəsi ilə axtarıram. 1 doğma bacım var. Bu qardaşımla isə atam rəhmətə gedəndən sonra əlaqələrimiz kəsildi”.