1 May 2018 21:46
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İzmir şəhəri üzrə deputatlığa namizədliyi irəli sürülən məşhur müğənni İbrahim Tatlısəs partiyanın İzmir təşkilatının sədri Aydın Şəngüllə görüşüb.

Teleqraf.com xəbər verir ki, qapalı keçirilən görüşdə A.Şəngül müğənniyə seçki kampaniyası ilə bağlı təlimatlarını verib.

Şəngül jurnalistlərə açıqlamasında bildirib ki, Tatlısəs siyasətdə yeni olduğu üçün ona köməklik göstərilib: "Seçki prosesilə bağlı Tatlısəsi təlimatlandırdıq".

Tatlısəs isə sosial şəbəkələrdə tənqid olunması ilə bağlı suallara cavab olaraq qeyd edib ki, o, bu cür şeylərə əhəmiyyət vermir: "Önəmli deyil. Biz öz işimizi, ruhumuzu bilirik".


Müəllif: Ayxan