Ötən həftə xərçəng xəstəliyindən dünyasını dəyişən türkiyəli müğənni Murad Göyəbaxanın xatirəsinə həsr olunmuş anım gecəsi səs-küyü ilə yadda qalıb.
“Haberler”ə istinadən verilən məlumata görə, ifaçı Yudum, Aysun Qaya, Ekin, Çılğın Sedat, Uğur Qaraquş kimi məşhur simaların qatıldığı yadetmə mərasimində oriental rəqqasələr səhnəyə çıxaraq gələn qonaqları səhərədək əyləndirblər.
Türkiyə mediasının əsas xəbər mövzularından birinə çevrilən həmin hadisə hamı tərəfindən “biabırçılıq” kimi qiymətləndirilib. M.Göyəbaxanın oğlunun da bu hörmətsizliyə bərk əsəbləşdiyi söylənilir.
/Axşam.az/