Türkiyənin populyar aktyorlarından olan Bekir Aksoy srağagün yıxılaraq qabırğalarını sındırıb. Yaralanmış aktyor xəstəxanaya aparılıb.
Teleqraf.com milli.Az-a istinadən bildirir ki, ötən il ailə qurduğu xanımı Derya Çavuşoğlu və martda doğulmuş Emir Berki də Bodruma aparan B.Aksoy Türkbükü kurortunda istirahət edirdi.
Xanımı ilə sahildə gəzən Aksoy gecəyarısı evə qayıdanda açarları içəridə unutduğunu anlayıb.
Evin arxasındakı bağçadan yataq otağının pəncərəsindən içəri girmək istəyən B.Aksoy divara dırmaşanda yıxılıb və qabırğalarını sındırıb
Derya Bodrum Acıbadem Xəstəxanasına aparılan B.Aksoy müayinə olunanda bəlli olub ki, onun iki qabırğası ilə yanaşı, sağ əlində 3 yerdə qırıq var.
2,5 saat davam edən cərrahiyyə əməliyyatdan sonra B.Aksoy palataya köçürülüb.