6 Sentyabr 2018 23:59
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçi sözləri Seymur Talıbov, musiqisi Hakan Erola məxsus “Bu gün bizim günümüz” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.

O, bunun üçün klipmeyker Fərhad Əliyə müraciət edib.

Layihə üçün Ukraynadan model-aktrisa Tamilla Pliskaçeva dəvət olunub. Onun tərəf müqabili isə aktyor Nicat Pirəliyev olub.

Bakıda lentə alınan klip Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Layihənin prodüseri Samirə Xasməmmədovadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər