9 Oktyabr 2018 07:18
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elvin Abdullayev yeni ifasını təqdim edib.

Teleqraf.com-un məlumatına görə, sənətçi bu dəfə məşhur türk mahnısı olan "Yaradana yalvartma"nı oxuyub.

Elvin sözügedən bəstəyə müraciət etməsinin səbəbini açıqlayıb: "Bu mahnını demək olar ki, səkkizinci sinifdə oxuyandan dinləyirəm. Hər zaman zümzümə edirdim. İndi də uşaq illərimi xatırlamaq istədim.

Ufuk Yıldırımın mahnısını özümüzə uyğun aranjimanda səsləndirdim. Tamaşaçıların bəyənəcəyinə ümid edirəm".

Elvin son vaxtlar mahnıların hit olmamasından danışıb:

"Dinləyicilərin çoxu meyxana tərzində olan mahnıları sevir. İndi mahnı janrını dinləyən çox az dinləyicimiz qalıb. Hətta bəzən hansısa bir həmkarım yeni mahnı təqdim edəndə bir çoxlarının sevindiyini görürük. Meyxana folklorumuzdur. Amma indikiləri meyxana saymıram. Yeni bir deyim yaranıb – musiqili meyxana. Bu nə olan şeydir? Nizami Rəmzinin yazdıqlarına bənzədilir? Onun meyxanalarında bir tərz var axı...

Bu haqda nə qədər danışsaq da, kütlə başqa fikirdədir. Ona görə də indi müğənnilərimizin oxuduğu yaxşı mahnılar az dinlənilir. Tünzalə Ağayeva, Elton Hüseynəliyev, Brilliant Dadaşova yeni gözəl mahnılar təqdim edib. Amma nəticə nədir? Hit olmur, dillərdə gəzmir".

Abdullayev bildirib ki, mahnıların hit olmaması onu həvəsdən salmır: "Müğənninin işi oxumaqdır. Qalanı dinləyiciyə qalıb. Daha bir yeni mahnı hazırlayıram, "Evə gəl" adlanır. Yaxın günlərdə təqdim edəcəm".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər